Baş nazirin partiyası irəlidədir – Pakistanda seçkilərin ilkin nəticələribackend

Baş nazirin partiyası irəlidədir - Pakistanda seçkilərin ilkin nəticələri

Pakistanda Milli Assambleya və əyalət məclislərinə dünən keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Milli Assambleyada həbsdə olan keçmiş baş nazir İmran Xanın liderlik etdiyi Pakistan Ədalət Hərəkatının dəstəklədiyi 23 deputat, Pakistan Xalq Partiyasının 22 üzvü böyük səs çoxluğu qazanıb. Bilaval Bhutto Zardari və keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası isə 18 mandat qazanıb.

Səslərin hesablanması davam edir. Seçkilərdə iştirak nisbəti ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

Pakistanda sonuncu ümumi seçkilər 25 iyul 2018-ci ildə keçirilib və İmran Xan hökuməti vəzifəyə başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*