Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan “Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
KONKRET.az Oxu.Az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və V.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının “Hurriyyet TV”də keçirdiyi əməliyyat zamanı saxlanılıb.

