Başqasına məxsus avtomobili icazə almadan idarə etdi, qəza törədərək öldübackend

Başqasına məxsus avtomobili icazə almadan idarə etdi - qəza törədərək öldü

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Bu barədə KONKRET.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, bu gün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib. Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*