Batyadan ŞOK: Rusiya, Belarus, Qazaxıstan və Ukrayna birləşirbackend

Batyadan ŞOK: Rusiya, Belarus, Qazaxıstan və Ukrayna birləşir

Bu il heç də sadə olmayacaq. Dünya ciddi şəkildə dəyişəcək. Dünya xalqların birləşməsi və dövlətlərin ittifaqı ilə dəyişəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko Minskdə Milad bayramı ilə bağlı keçirilən mərasimdəki çıxışında deyib.

“Bizim kimi dövlətlərin tək halda yaşaması təkcə çətin deyil, mümkünsüz olacaq. Buna görə də mən suverenliyimizi və müstəqilliyimizi saxlamaq üçün, dövlət olmağımız üçün olduqca sərt kurs seçdim. Amma ən yaxın dostlarımız, qardaşlarımızla sıx əlaqədə idik. Kimdir bu? Bu, Rusiyadır, Qazaxıstandır, Ukraynadır. Orda hazırda nə baş verdiyi vacib deyil. Orda insanlar çox yoxsuldurlar. Belə çox davam edə bilməz. Biz hər şey etməliyik ki, Ukraynanı qaytaraq”, – Lukaşenko bildirib.

Belarus lideri Ukraynada dini baxımdan da fərqlər yaradılmasına cəhd edildiyini xatırladıb və bildirib ki, buna Belarusda da 2020-ci ildə cəhdlər edilib:

“Qazaxıstan (olayları – red.) – bu, postsovet ölkələrinə Rusiya perimetri boyunca hücum cəhdidir. Bir daha təkrar edirəm: əgər Rusiya dağılsa, biz hətta hara düşəcəyimizi bilməyəcəyik, üstümüzdən sadəcə ayaqlayıb keçəcəklər. Buna görə də biz öz sivilizasiyamızın, pravoslavlığın mərkəzini və təkcə bunu qoy, həm də Rusiya Federasiyasına daxil olan torpaqları qorumalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*