Bayden bir daha “soyqırımı” ifadəsini işlətdi – BƏYANATbackend

Bayden bir daha “soyqırımı” ifadəsini işlətdi - BƏYANAT

ABŞ prezidenti Co Baydenin 24 aprel 1915-ci il hadisələrinin 107-ci ildönümü ilə bağlı bəyanatı yayılıb.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin Mətbuat Xidməti yayıb.

“1915-ci il aprelin 24-də Osmanlı hakimiyyəti erməni ziyalılarını və icma liderlərini həbs etdi. Beləliklə, 20-ci əsrin ən dəhşətli vəhşiliklərindən biri olan erməni soyqırımı başladı” – deyə Baydenin bəyanatında deyilir.

ABŞ prezidenti Co Bayden 24 aprel 2021-ci il tarixli bəyanatında da “soyqırımı” ifadəsini işlətmişdi. Türkiyədə hökumət və müxalifət onun bu sözünə ciddi reaksiya vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*