“Bayden Cenevredə yalnız Putinlə görüşməyəcək” – Psakibackend

"Bayden Cenevredə yalnız Putinlə görüşməyəcək" - Psaki

“ABŞ Prezidenti Co Bayden bu ayın sonunda Cenevrədə yalnız Rusiya Prezidenti Vladimir Putinlə deyil, İsveçrə rəhbərliyi ilə də görüşəcək”.

KONKRET.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib.

“Daha əvvəl elan edildiyi kimi, Prezident Bayden 16 iyun tarixində Cenevrədə keçiriləcək zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Cenevrədə olduğu müddətdə Prezident, həmçinin İsveçrə Prezidenti Qi Parmelenlə və xarici işlər naziri İynazio Kassislə də görüşəcək”, – deyə Psaki əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*