ABŞ prezidenti “erməni soyqırımı”nı tanımağa hazırlaşır.
KONKRET.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bunu Bayden administrasiyasındakı adlarının açıqlanmasını istəməyən mənbələr bildirib.
Onların sözlərinə görə, aprelin 24-də prezident Co Bayden Birinci Dünya müharibəsi əsnasında baş vermiş “erməni soyqırımı”nı rəsmi olaraq tanıyacaq.
Bu, Türkiyə-ABŞ ikitərəfli münasibətlərinə ciddi ziyan vurma ehtimalı olan bir addım ola bilər.
Xatırladaq ki, 2019-cu ildə ABŞ Nümayəndələr Palatası “XX əsrin əvvəllərində Osmanlı İmperiyası dövründə erməni soyqırımı”nı səs çoxluğu ilə tanıyan qətnamə qəbul edib.