Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verdibackend

Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verdi

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək barədə razılığını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ evin rəhbəri “G7” sammitində mətbuat konfrası zamanı bildirib.

“Zelenskiyə dedim ki, ukraynalı pilotlar dördüncü nəsil təyyarələrdə, o cümlədən F-16-da təlim keçəcəklər ki, Ukrayna özünü qoruya bilsin”, – ABŞ-nin dövlət başçısı diqqətə çatdırıb.

Xatırladaq ki, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Müttəfiqlər, ilk növbədə, ABŞ hava hücumundan müdafiə sisteminin təmin edilməsinin vacibliyini qeyd edərək F-16-nın Ukraynaya ötürülməsi ehtimalını istisna edib.

Lakin son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər və ABŞ Prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlayıb. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil.

Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*