“Partiya liderlərinin və yaxın dostlarının artan təzyiqləri ABŞ prezidenti Co Baydeni bu həftə sonu prezidentlik yarışından çəkilməyə vadar edəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə bir neçə yüksək səviyyəli demokrat “Axios” nəşrinə məlumat verib.
Qeyd olunur ki, hazırda koronavirusa görə özünü təcrid edən 81 yaşlı prezident iş başındadır. Onlar deyirlər ki, partiyanın yüksək səviyyəli liderləri və əsas donorları Baydenin qalib gələ bilməyəcəyinə, onun yaşı və əqli qabiliyyətinə dair ictimai təsəvvürləri dəyişdirə və Konqresdə çoxluğu təmin edə bilməyəcəyinə inanırlar.
“Prezidentə deyilir ki, əgər o, namizədliyində qalsa, Tramp böyük nəticə ilə qalib gələ, Baydenin irsini və Demokratların ümidlərini məhv edə bilər. Namizədliyini geri götürmək üçün Baydenə təzyiqlər, xüsusən də son bir neçə gündə dözülməz həddə çatır”, – məqalədə deyilir.
Partiyada, prezidentliyə namizəd kürsüsünün başında Baydenin yerini kimin tutacağı sualının cavabı açıq qalır.
Günel Mikayılova,
KONKRET.az