Bayden Pensilvaniyada 11 sentyabr qurbanlarını yad etdibackend

Bayden Pensilvaniyada 11 sentyabr qurbanlarını yad etdi

ABŞ Prezidenti Cozef Bayden Pensilvaniyada 11 sentyabr 2001-ci il terror hücumları qurbanlarını yad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerika telekanalları məlumat yayıb.

Cozef Bayden xanımı ilə birlikdə anım mərasimində iştirak edib.

Bundan əvvəl Nyu-York şəhərində 11 sentyabr terror hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimi keçirilib. ABŞ Prezidenti Co Bayden və xanımı Cill, sabiq prezident Barak Obama mərasimdə iştirak edib.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*