Bayden-Putin görüşü marağımıza uyğundur – NATObackend

Bayden-Putin görüşü marağımıza uyğundur - NATO

Co Bayden və Vladimir Putin arasında keçiriləcək görüş NATO-nun maraqlarına cavab verir.

KONKRET.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Brüsseldə Prezident Baydeni səbirsizliklə gözləyirəm. Qəti şəkildə əminəm ki, biz Rusiya ilə münasibətlərimizi müzakirə edəcəyik. Baydenin NATO liderlərindən sonra Rusiya prezidenti ilə görüşməsini alqışlayıram. İki ölkə prezidenti arasındakı görüş NATO-nun Rusiyaya qarşı münasibətinə uyğundur. Bizə müdafiə ilə yanaşı, həm də dialoq lazımdır. NATO ölkələri Rusiya ilə yaxşı münasibətlərə can atmalıdır. Rusiya bizim qonşumuzdur, biz gərginliyi azaltmalıyıq”, – Stoltenberq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*