Bayden: “Qərb Çinlə uzunmüddətli və ağır rəqabətə hazırlaşmalıdır”backend

Bayden: “Qərb Çinlə uzunmüddətli və ağır rəqabətə hazırlaşmalıdır”

ABŞ prezidenti tarixdə ilk dəfə Münhen Təhlükəsizlik Konfransına qatılıb və tədbir çərçivəsində çıxış edib.

KONKRET.az xəbər verir ki, builki konfrans həm də tədbirin onlayn formatda keçirilməsilə əlamətdar olub.

Konfransda geniş nitq söyləyən ABŞ dövlət başçısı Co Bayden Qərb ölkələrinin Çinlə uzun və ağır rəqabətə hazırlaşmalı olduğunu bəyan edib.

O bildirib ki, Rusiya ABŞ-la Avropanın “arasını vurmağa”, NATO-nu zəiflətməyə çalışır. Lakin ABŞ-ın yeni administrasiyası buna yol verməyəcək və əksinə, Qərb ölkələri blokunun, Avroatlantik əlaqələrin daha da möhkəmlənməsi üçün var gücü ilə çalışacaq.

Çıxışında pandemiya məsələsinə də toxunan Bayden bu sahədə bütün dünya ölkələrinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*