Bayden: “Ukrayna Putini dayandıra bilər və dayandıracaq da”backend

Bayden: "Ukrayna Putini dayandıra bilər və dayandıracaq da"

“Ukraynaya əlavə “Patriot” sistemi təhvil verilib, eləcə də ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün digər silahlar da göndəriləcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Vaşinqtonda keçirilən NATO sammitinin açılışı zamanı ABŞ prezidenti Co Bayden bildirib.

“Biri ABŞ-dan, ikisi Almaniya və Rumıniyadan, biri də digər tərəfdaşlarla birlikdə Hollandiya tərəfindən Ukraynaya əlavə olaraq “Patriot” hava hücumundan müdafiə sistemləri veriləcək. Öz növbəsində İtaliya SAMP-T sistemini Ukraynaya göndərməyi düşünür. Bu beş strateji hava hücumundan müdafiə sistemi Ukrayna şəhərlərinin, mülki şəxslərin və hərbçilərin qorunmasına kömək edəcək və biz bu sistemlərin tez bir zamanda yerləşdirilməsini təmin etmək üçün Ukrayna hökuməti ilə sıx işləyirik”, – deyə ABŞ prezidenti NATO sammitinin açılışında deyib. 

O, həmçinin qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə bu il Ukraynanı əlavə strateji hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çalışır. Xüsusilə, Ukrayna yaxın aylarda NASAMS, HAWK, IRIS-T və Gepard hava hücumundan müdafiə sistemlərini almalıdır.

Bundan əlavə, Bayden qeyd edib ki, ABŞ gələn il ərzində Ukraynaya digər ölkələrə çatdırılması planlaşdırılan ələ keçirmə aparatları göndərəcək. O qeyd edib ki, ABŞ NATO üzvləri və 50-dən çox ölkədən ibarət koalisiya ilə tərəfdaşlıqda Ukraynanı dəstəkləyir.

“Moskvaya və dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, – Bayden deyib.

O, həmçinin qeyd edib ki, Rusiya bu müharibəni ona görə itirir ki, Rusiya Federasiyası cəbhədə adamlarını itirir, ruslar ölkəni tərk edir, Ukrayna isə azad və müstəqil olaraq qalır.

Co Bayden çıxışında fikrini belə yekunlaşdırıb: “Ukrayna Putini dayandıra bilər və dayandırcaq da”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*