Bayden “yaşıl işıq” yandırdı: Hərbi əməliyyat başladıbackend

Bayden “yaşıl işıq” yandırdı: Hərbi əməliyyat başladı

ABŞ hərbi qüvvələri Co Bayden prezident seçildikdən sonra ilk dəfə Somalidə “Əş-Şəbab” qruplaşmasına hava hücumunu həyata keçirib.

KONKRET.az xəbər verir ki, Pentaqonun sözçüsü Cindi Kinq hava hücumunun paytaxt Moqadişudan təxminən 700 km şimal-şərqdə, Qalkayo bölgəsində həyata keçirildiyini açıqlayıb.

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) hücumları Somali hökuməti ilə koordinasiyalı şəkildə reallaşdırdığını bildirib.

ABŞ-ın Somaliyə son hava hücumu Baydenin andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da baş tutub./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*