backend

Bayden Zelenski ilə görüşdən imtina etdi: “Putinlə danışıqlardan əvvəl...”

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşdən əvvəl Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bayden və Putin arasında qarşıdakı görüş iyunun 16-da Cenevrədə baş tutacaq.

“Axios”un həmsöhbətinin dediyinə görə, Vaşinqton bundan öncə Putinlə görüşdən əvvəl Ukrayna prezidenti ilə görüş variantını nəzərdən keçirib. Amma portal qeyd edib ki, Ağ Ev Zelenskinin korrupsiyaya qarşı mübarizədən imtina etməsi kimi qəbul edilən “Naftoqaz” enerji şirkətinin rəhbərliyini dəyişdirmə qərarı səbəbiylə bu görüşdən imtina edib.

Ukrayna prezidenti isə Rusiya-Amerika liderlərinin görüşündən əvvəl amerikalı həmkarı ilə görüşməyə hazır olduğunu söyləyib. Zelenskiyə görə, məsləhətləşmələr üz-üzə aparılmalıdır, çünki bir çox şey telefonla müzakirə oluna bilməz. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*