Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden ictimai çıxışlarını həmişə suflyordan oxuyur. Son nitqində o, suflyordan hətta redaktor dəyişikliklərini də dilə gətirib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika prezidentinin qayğısına qalan redaktorlar çıxışın sonunda “Sitatın sonu” sözünü yazırlar.
Həmin yerə çatan kimi Bayden heç nə başa düşməyib və redaktorun qeydini olduğu kimi oxuyub.