Baydenin Əliyevə sülhlə bağlı göndərdiyi məktubun PƏRDƏARXASI – ABŞ prezidentinin əsas məqsədi nədir?backend

Baydenin Əliyevə sülhlə bağlı göndərdiyi məktubun PƏRDƏARXASI - ABŞ prezidentinin əsas məqsədi nədir?

ABŞ lideri Co Bayden Azərbaycan Prezidentinə məktub göndərib. Orada sülhün imzalanması ilə bağlı atılan addımları dəstəklədiyini bildirib. Bayden eyni zamanda Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb. ABŞ prezidentinin sülh çağırışı maraqla qarşılanıb və müzakirələrə yol açıb. Bəs görəsən, Bayden həqiqətən sülhdə maraqlıdır, yoxsa bunun arsaxında başqa maraqlar gizlənir?

Mövzunu KONKRET.az-a şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlarda artıq vasitəçi yoxdur:

Qərb Laçında sərhəd-gömrük məntəqəsinin açılmasını dəstəkləyəcək” – Tofiq Zülfüqarov

“Nə Qərb, nə də Rusiya vasitəçidir. Baydeninin məktubunun arxasında başqa məqamlar gizlənir. Bayden administrasiyası istənilən hansısa kağıza imza atılmasında maraqlıdır. Bundan sonra ABŞ-da keçiriləcək prezident seçkilərində erməni seçicilərinin qarşısında Kamala Harrisi müsbət göstərməyə çalışacaq. Yəni ABŞ münaqişənin sülhlə yekunlaşmasında özünü irəliləyişə nail olan tərəf kimi təqdim edəcək. Beləcə erməni seçicilərin Harrisə səs verməsini təmin etmiş olacaq. Ancaq burada müəyyən problıemlər mövcuddur. Çünki Azərbaycan və Ermənistan arasında sülhlə bağlı hazırlanan sənədlər yarımçıqdır və ümumiyyətlə çərçivə prinsiplərini əhatə edir. Sadəcə olaraq gələcək danışıqlar üçün siyasi və hüquqi çərçivə yaradır. Amma gələcək danışıqlar üçün yaradılan çərçivə yarımçıq ola bilməz. Azərbaycan çalışır ki, Ermənistanla elə bir sülh imzalasın ki, gələcəkdə orada hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq heç bir problem yaranmasın. Təbii ki, Baydenin marağı bıllidir. Amma Azərbaycanın öz istəkləri mövcuddur. Biz ABŞ-dakı seçkilərlə bağlı vəziyyətə görə, məsələnin uzanmasını istəmirik”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Baydenin məktubunun sülhün imzalanmasına təsirinin olub-olmayacağını söyləmək çətindir:

“Çağırış kimi hansısa bir sənəd deklorasiya formasında qəbul oluna bilər. Amma yarımçıq sənədlərlə yekun sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Masanın üstündə olan prinsiplər sazişinə yarımçıq formada qol çəkilməməlidir. Azərbaycanın buna gedəcəyi gözlənilən deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*