“Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”backend

“Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir

“Baydenin Qarabağla bağlı münasibətləri tam fərqlidir. Xüsusilə də onun Dağlıq Qarabağ baxışı var. ABŞ-da seçki dönəmi aktiv əməliyyatlarla üst-üstə düşdüyünə görə, Bayden Ermənistan lobbiçiliyinin dəstəyini almaq məqsədilə müəyyən bəyənatlar verdi. Məsələn, Türkiyəni tənqid etdi ki, baş verən proseslərdə iştirak etməsin”.

KONKRET.az xəbər verir ki, bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, demokratlar dönəmində həmişə “uydurma soyqırımla” bağlı cəhdlər yer alıb.

“2021-ci ilin 24 apreli Türkiyə və türk dünyası üçün çox çətin keçəcək. Keçmiş dönəmə baxsaq, Baydenin Ermənistana, Qarabağdakı qondarma rejimə göndərdiyi yardımlar var. Obama dönəmində isə Türkiyə ilə Ermənistan arasında sərhəddin açılması, ticarət sazişinin bağlanması ilə bağlı basqı yaratmışdılar. O dönəmdən sonra Bayden xüsusilə də Ermənistan lobbisinə yönəlik kampaniyalarda çox böyük mesajlar verib. Ona görə də, indi Baydenin türk dünyası və xüsusilə də bizimlə bağlı atacağı bəzi addımlar var. Ola bilsin ki, o, “qondarma soyqırımı” tanıma ilə bağlı ciddi şəkildə addım atsın. Həm anti-Türkiyə, həm də Azərbaycana qarşı mövqeyi var”.

Əziz Əlibəylinin sözlərinə görə, Qarabağda rus sülhməramlıları var, lakin Bayden təzyiq göstərəcək ki, nəzarətçi qismində hansısa heyətlə təmsil olunsun.

“Mütləq şəkildə ATƏT-in Minsk qrupunu dirildəcək və fəaliyyətini aktivləşdirəcək. Ermənistana yardımları artıracaq. Ola bilsin ki, Azərbaycana Amerikadan gələn yardımları məhdudlaşdırsın.

Digər məsələ ondan ibarətdir ki, bütövlükdə Baydenin Azərbaycan, Türkiyə və Şərqə yönəlik siyasətində Ermənistan məsələsi xüsusi üstünlük təşkil edəcək. Bu da lobbinin maraqları ilə bağlıdır. Birləşmiş Ştatların Qafqazda, Yaxın Şərqdə, Qara dəniz və Xəzər arası hövzədə aktivləşməsi üçün bəzi addımlar atması lazımdır. Gürcüstan hakimiyyəti, Paşinyan onun tərəfdaşıdır. Burada istər-istəməz Azərbaycanla bağlı məsələ dalana dirənmiş olur”,- deyə bildirib.

Xatırladaq ki, Bayden Ermənistan lobbisinin iki təmsilçisi – Hayk Hacınəzəryan və Ceff Marutyana Ağ Evdə vəzifə verib. Həmçinin onun xanımı  – Cill Bayden də inauqurasiya mərasiminə “Makaryan” moda firmasının xüsusi olaraq hazırladığı geyimdə qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*