ABŞ-da Baydenin oğlunun məhkəməsi başlayır:
KONKRET.az xəbər verir ki, Hanter Bayden narkotikdən istifadə etdiyi dövrdə qanunsuz olaraq silah əldə etmək və saxlamaqda ittiham olunur.
İttiham aktının iki maddəsi 2018-ci ildə ABŞ prezidentinin oğlunun tapança alarkən narkotikdən istifadə etməməsi barədə yalan məlumat verməsi ilə bağlıdır. Üçüncü bənddə isə Hanter Baydenin narkotik istifadə etdiyi müddətdə odlu silaha sahib olduğu iddia edilir. Bunların hər biri federal cinayət hesab olunur.
Hanter Baydenin günahkar olduğu sübut edilərsə, onu 25 ilə qədər həbs gözləyir.
Bayden ittihamlar üzrə özünü təqsirli bilməyib.
Atasının seçki kampaniyası ilə üst-üstə düşən məhkəmə prosesi görünür, prezidentin rəqiblərinin diqqətindən yayınmayacaq.
Burhan,
KONKRET.az