Baykal gölündə bədbəxt hadisə: Buzun üzərində hərəkət edən avtomobil suda batdıbackend

Baykal gölündə bədbəxt hadisə: Buzun üzərində hərəkət edən avtomobil suda batdı

Rusiyanın İrkutsk vilayətinin Sarma yaşayış məntəqəsi yaxınlığında bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, avtomobil sürücüsü qadağa nişanlarına baxmayaraq, Baykal gölündə buzun üzəri ilə hərəkət edib.

Avtomobil sahildən üç kilometr aralıda suya düşüb və batıb. Sərnişinlərdən biri olan kişi xilas ola bilsə də, qadın sərnişin vəfat edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baykal axtarış-xilasetmə qrupunun mütəxəssisləri ölənin meyitini çıxararaq polisə təhvil veriblər.Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*