Bayrağımızı təhqir edən tələbə üzr istədi – Videobackend

Bayrağımızı təhqir edən tələbə üzr istədi - VİDEO

Onlayn dərs zamanı bayrağımızı təhqir edən Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov üzr istəyib.

KONKRET.az xəbər verir ki, Pərviz Məhəmmədov video-müraciət yayaraq, bayrağa və yaşlı müəlliməsinə qarşı etdiyi hörmətsizliyə görə peşman olduğunu bildirib və üzr istəyib.

O, sosial şəbəkələrdə geniş yayılan videosunun silinməsini xahiş edib.

Qeyd edək ki, Bakı Dövlət Universiteti bayrağı təhqir etdiyi üçün sözügedən tələbənin qovulması barədə açıqlama yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*