Müxtəlif rayonlardan gətirilmiş qurbanlıq qoyunlar və qoçlar. Satıcı ilə qiymətlə bağlı razılığa gəlməyə çalışan müştərilər…
KONKRET.az xəbər verir ki, görüntülər paytaxtda qurbanlıq qoyunların satıldığı bazarların birində lentə alınıb. Burada heyvanların qiyməti çəkiyə görə dəyişir…
Heyvanlar diri çəkidə hər kilosu 6 manat 50 qəpiyə, kəsilib doğranaraq təhvil verildikdə isə 13 manata təklif edilir.
İlahiyyatçı Surxay Məmmədli deyir ki, vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər.
“İribuynuzlu qurbanlıq heyvanlar 7 hissəyə bölünərək paylana bilər. Xırdabuynuzlu heyvanlar isə pay kimi 3 hissəyə bölünməlidir”.
Qeyd edək ki, sabah Azərbaycanda qurban bayramı qeyd olunacaq.