Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin və keçmiş məcburi köçkünlərin övladları olan tələbələrin, müharibə veteranlarının ali təhsil xərclərinin dövlət hesabına ödənilməsi üçün dövlət büdcəsindən 41,0 milyon manat vəsait ayrılacaqdır.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.