Bayramovdan Mirzoyana CAVABbackend

Bayramovdan Mirzoyana CAVAB

“Məlumdur ki, Ermənistan Konstitusiyasında və bir sıra qanunvericilik aktlarında qonşu dövlətlərə, eləcə də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu, məlum faktdır. Bu məsələ zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində diskusiyaların getməsi o anlama gəlir ki, onlar Ermənistan üçün zərərli tendensiya olmasını qəbul edirlər”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib.

“Ermənistan XİN rəhbərinin Ermənistanla Azərbaycan arasında paralel yaratmaq cəhdinə gəldikdə, bu, həqiqətdən uzaqdır və qəbuledilməzdir. Azərbaycan qanunvericilik aktlarında ərazi iddiaları mövcud deyil. Burada paralellik yaradılması cəhdləri qəbuledilməzdir. Danışıqlar prosesində Ermənistan üçün uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa da, güzgü effekti yaratmaq cəhdləri görülür. Azərbaycan Konstitusiyasında bu cür məqamların olmaması açıq aydındır. Ermənistan hakimiyyəti özü də bunun heç bir əsasının olmamasından məlumatlıdır. Bu, sırf Ermənistanın daxili işləridir və daxili auditoriyaya yönəlib”, – nazir əlavə edib. (Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*