“Bazarstore”dan şokolad oğurlayan şəxs nəzarətçini bıçaqladıbackend

"Bazarstore"dan şokolad oğurlayan şəxs nəzarətçini bıçaqladı

Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Özbəkistan küçəsində yerləşən “Bazarstore” mağazasından 240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyib.

Bu vaxt onu tutmağa çalışan nəzarətçi Rahil Nəsiblini bıçaqlayaraq hadisə yerindən qaçıb.

Araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*