backend

BDU-da bir nəfərin ölməsi ilə nəticələnən zəhərlənmənin SƏBƏBİ bəlli oldu

“Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir”.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir: “Digər məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək”.

Sədr bildirib ki, KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi.

Qeyd edək ki, noyabrın 21-də BDU-nun yataqxanasında qalan 3 tələbə qız zəhərlənib. Nəticədə 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xəstəxanada müalicə olunan tələbələr noyabrın 27-də evə buraxılıblar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*