BDU-nun BU KORPUSU bağlanır – Tələbələr köçürüləcəkbackend

BDU-nun BU KORPUSU bağlanır - Tələbələr köçürüləcək

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq.

KONKRET.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq.

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.

Məsələ ilə bağlı universitetlə əlaqə saxlanılıb. Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*