BDU-nun rektoru Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu bu vəzifəyə gətiribbackend

BDU-nun rektoru Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu bu vəzifəyə gətirib

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin edib.

KONKRET.az xəbər verir ki, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib.

Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.

Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, qohumu Elçin Məmmədov təyin olunub.

Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib./qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*