BƏƏ İrandan işğal olunmuş əraziləri boşaltmağı TƏLƏB ETDİ – FOTObackend

BƏƏ İrandan işğal olunmuş əraziləri boşaltmağı TƏLƏB ETDİ - FOTO

BƏƏ İrandan işğal olunmuş əraziləri boşaltmağı tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Khaleej” məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Rim bint İbrahim Əl-Haşimi BMT Baş Assambleyasının iclasında çıxışı zamanı İrandan Fars körfəzindəki mübahisəli adaları boşaltması tələbini irəli sürüb.

Xarici işlər naziri İrandan Fars körfəzindəki üç adanı – iki dövlət arasında mübahisəli olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarını boşaltmağı tələb edib. BƏƏ bu adaları özünün işğal olunmuş əraziləri hesab edir.

Bundan əlavə, nazir Yaxın Şərq ölkələrinin siyasətinə daimi beynəlxalq müdaxiləni kəskin şəkildə pisləyib.

“Ərəblərin işlərinə müdaxilələr münaqişələrin həllinə yönəlmiş bütün cəhdləri puça çıxarır, terrorizm və ekstremizmin çiçəklənməsinə, eləcə də region ölkələrinin suverenliyinin, birliyinin kobud şəkildə pozulmasına gətirib çıxarır”,- deyə o vurğulayıb.

Rim bint İbrahim Əl-Haşimi də BƏƏ-nin 1967-ci il iyunun 4-dən əvvəlki sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına “güclü sadiqliyini” dilə gətirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*