Bəhram Bağırzadə: “Azərbaycan qadınını ərəbə təklif edən oğlanı əzişdirdim” – VİDEObackend

Bəhram Bağırzadə: "Azərbaycan qadınını ərəbə təklif edən oğlanı əzişdirdim" - VİDEO

Bəhram Bağırzadənin əcnəbi turistlərin əxlaqsız hərəkətləri barədə dedikləri ilə razısınızmı?

Bəhram Bağırzadənin əcnəbi turistlərin əxlaqsız hərəkətləri barədə dedikləri ilə razısınızmı?Yeni buraxılışı YouTube kanalımdan izləyə bilərsiniz. #popumuzvar

Gepostet von Murad Arif am Freitag, 24. Januar 2020

KONKRET.az xəbər verir ki, verilişdə bir çox mövzulara toxunan Bağırzadə ərəblərin Bakının mərkəzində etdiyi nalayiq hərəkətlərdən söz açıb.

Bu cür hərəkətlərin bizim cəmiyyətdə yolverilməz olduğunu bildirib və ərəb kişilərinin Azərbaycan qadınlarına etdiyi əxlaqsız hərəkətləri sərt şəkildə tənqid edib.

Əməkdar artist hətta Azərbaycan qadınını ərəb oğlana təklif edən birini döydüyünü də deyib:

“Ərəblər Bakının mərkəzində, “Torqovı”da gəzişir, nalayiq hərəkətlər edirlər. Bu, heç bir azərbaycanlı kişinin xoşuna gəlmir. Kimsə biqeyrətliyi, binamusluğu, bişərəfliyi, oğraşlığı boynuna götürübsə, bu, onun problemidir. Mən götürmürəm! O günləri birisinin çənəsinə “prava bokovoy” qoydum. Azərbaycan qızını milli paltarda ərəblərə təklif edirdi. Kül onun kişi başına! Çox biabırçı vəziyyətdə qoymuşdu. Ərəblər dayanıb, baxıb gülürdülər. “Sutenyor” deyildi, başqa işlərlə məşğul idi. Sadəcə Azərbaycan qızını təhqir edirdi ki, baxın, belələri də var. Mən bunu gördüm, hər şeyi yaddan çıxartdım. Ərəblər görə-görə cumdum, ona bir dənə “bokovoy” qoydum. Düzdür, sonra problemlərim yarandı və sairə, amma mən bunu etdim”.

TƏQDİM ETDİ: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*