Belarus müxalif lideri Minskdə saxlanıldıbackend

Belarus müxalif lideri Minskdə saxlanıldı

Minskdə müxalif Belarus Sosial-Demokrat Partiyasının lideri Nikolay Statkeviç saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi Statkeviçin arvadına istinadla məlumat yayıb.

Məlumata görə, mikroavtobus Statkeçivin olduğu avtomobilin qarşısını kəsib və naməlum adamlar tərəfindən aparılıb. Statkeviçi aparanların heç biri rəsmi formada olmayıb. Hazırda müxalif liderinin arvadı polis idarəsində ərinin oğurlanması ilə bağlı izahat yazır.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası Nikolay Statkeviçin avqustun 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı namizdəliyini qeydə almaqdan imtina etmişdi. Səbəb kimi isə Statkeviçin başa çatmamış həbs müddəti göstərilib. Statkeviç 2010-cu ilin dekabrında Minskdəki kütləvi aksiyalarda ittiham olunaraq həbs edilmişdi. 2015-ci ildə isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun əfvi ilə azadlığa çıxmışdı.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*