Belarus-Polşa sərhədində qadın cəsədi tapıldıbackend

Belarus-Polşa sərhədində qadın cəsədi tapıldı

Belarus-Polşa sərhədində qadın meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Qeyd olunur ki, ilkin məlumata görə, qadın bir qrup başqa miqrantla birlikdə Polşadan qovulub. Usovo sərhəd zastavasının rəisi vəzifəsini icra edən Yevgeniy Omesyanın sözlərinə görə, “şərq görünüşlü” qadın cəsədi Belarus-Polşa sərhədindən bir metr aralıda tapılıb.

Meyitin yanında beşdən yeddi yaşa qədər olan üç uşaq, bir kişi və yaşlı bir qadın var idi. Məlum olub ki, onların hamısı İraq vətəndaşıdır. Hazırda uşaqlara lazımi psixoloji və tibbi yardım göstərilir./virtualaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*