“Belarus “yox-yox” deyə-deyə ordusu ARTIQ QAPIMIZDADIR” – Ukraynalı ekspertbackend

"Belarus "yox-yox" deyə-deyə ordusu ARTIQ QAPIMIZDADIR" - Ukraynalı ekspert

“Belarus “yox-yox” deyə-deyə müharibəyə qoşulur”.

KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib. O bildirib ki, qarşıdan gələn həftələr Belarusun mümkün hücumuna görə təhlükəli və gərgin keçəcək, çünki qoşunlar bizim istiqamətdə hərəkət edir.

“Mən bunun (hücumun) etibarlılığını 50-50-yə dəyərləndirirəm. Çünki qoşunlar hələ də sərhədimizə doğru irəliləyir, xüsusən də xüsusi əməliyyat qüvvələri və oradakı strateji rayonları tutur. Lukaşenkonun bəyanatları başqa istiqamətə, qoşunlar isə başqa istiqamətə yönəlib. Belarus qoşunları bizim istiqamətimizə doğru irəliləyir. Ona görə də biz bu amili nəzərdən qaçırmamalı və Belarus ordusunu qarşılamağa hazır olmalıyıq”, – deyə ekspert vurğulayıb.

Qeyd olunur ki, Putin İzyum yaxınlığındakı qoşunlarının gücü tükəndikdə əməliyyat fasiləsini doldurmaq üçün Belarusdan istifadə edə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*