Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılarbackend

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

Rusiyanın Sankt-Peterburq şəhərindən Belarusa qatarla gedən beş rusiyalı “səfərbərlik haqqında” qanuna görə ölkədən buraxılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə qadağa qoyulan şəxslərdən biri deyib:

“Qatardan dörd nəfəri çıxardılar, sərhədçilər onların hər birinin adını və yerini bilirdilər”.

Hərbi kafedranı bitirdiyini, lakin orduda xidmət etmədiyini deyən həmin şəxs bildirib ki, əvvəlcə Minskə, oradan da İstanbula gedəcəkmiş.

Amma onu Belarusla sərhəddən əvvəl, Nevel-2 dəmiryolu stansiyasında qatardan düşürüblər.

Rusiyalıların beşinə də səfərbərlik haqqında qanun əsasında səyahətin qadağan olunduğu barədə bildirişlər verilib.

Sənəddə deyilir ki, dəqiqləşdirmə üçün qeydiyyat yerindəki hərbi komissarlığa müraciət etmək lazımdır. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*