Belçika millisinin baş məşqçisi istefa verdibackend

Belçika millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

KONKRET.az-ın məlumatına görə, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.

Martines 2016-cı ildən “qırmızı şeytanlar”a rəhbərlik edirdi.

Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*