“Belə bir terror hücumları yenə də gözlənilir” – Kəlbəcərdə avtomobil karvanına edilən hücumla bağlı AÇIQLAMAbackend

“Belə bir terror hücumları yenə də gözlənilir” - Kəlbəcərdə avtomobil karvanına edilən hücumla bağlı AÇIQLAMA

“Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Azərbaycanın mülki hərbi kolonunun erməni silahalı birləşmələri tərəfindən atəşə məruz qalması onu göstərir ki, Bəyannamənin 4-cü bəndi yerinə yetirilmədiyi halda, ermənilər terroru davam etdirəcəklər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsdullazadə səsləndirib. O bildirib ki, Rusiya bölgədə silahli erməni birləşmələrinin qalmasına, bununla da, öz “sülhməramlı” fəaliyyətini davam etdirməyə çalışır: “Ermən silahlı birləşmələrinin hücumu ilk və son deyil. Belə bir terror hücumları yenə də gözlənilir. Ona görə də mütləq şəkildə qanunsuz ermeni silahlı birləşmələri çıxarılmalıdır və onlara qarşı sərt tədbirlər görülməlidir. Ümumiyyətlə silahlı erməni birləşmələri ərazilərimizdə qaldıqca, Bəyannamənin 7-ci bəndinin yerinə yetirilməsi mümkün olmayacaq”.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq əlavə edib ki, Azərbaycanın qalibiyyəti və regionda diktə edən tərəf olan Türkiyə ilə hərbi ittifqı, İranın hərbi təhdidlərinə qarşı sərt cavab verməsi ilə nəticələnib: “Belə olan təqdirdə, Azərbaycan kiçik bir ərazidə qanunsuz erməni silahlı birləşmələrinin qalmasına və onların bu kimi təxribatlara əl atmasına dözümlü yanaşmamalıdır. Əgər ermənilərin atəşi nəticəsində vətəndaşlarımız şəhid olsaydı, bu çox ciddi bir prosesə çevriləcəkdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*