Rusiyada son 10 il ərzində reproduktiv yaşda olan gənc qadınların sayı 40% azalıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Olqa Batalina bildirib.
O qeyd edib ki, “Rosstat”ın proqnozlarına görə, bu tendensiya 2026-cı ilə qədər davam edəcək. 2031-ci ilə qədər gənc qadınların sayı cəmi 7,8 milyon nəfər olacaq.
“Bizdə bu gün 20-29 yaş arası gənc qadınların sayı çox azdır. Bu yaş arası gənc qadınların sayı son 10 ildə demək olar ki, 40% azalıb”, – Batalina deyib.
O, çətin demoqrafik vəziyyətin 2018-2019-cu illərdə başladığını bildirib.
Onun sözlərinə görə, bu, aşağı doğum göstəriciləri ilə bağlıdır.
İqbal Rzayev,
KONKRET.az