Belqorodda Daxili İşlər Nazirliyi İdarəsinin binası 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə vurulub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, partlayış nəticəsində binanın 3-cü və 4-cü mərtəbələrindəki pəncərələri sınıb, fasadı zədələnib.