Belqorodda yenidən raket təhlükəsi elan edildibackend

Belqorodda yenidən raket təhlükəsi elan edildi

Belqorod şəhərində və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib .

“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığının (koridor, hamam, tualet). Küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, – qubernator yazıb.

Qladkov bildirib ki, siren işə salındıqdan sonra şəhərdə bir neçə partlayış səsi eşidilib.

Xatırladaq ki, mayın 12-də Belqorodda yaşayış binasının girişi Ukraynadan atılan mərminin düşməsi nəticəsində 1-ci mərtəbədən 10-cu mərtəbəyə qədər uçub. Girişdə 40 mənzil olub. Binanın qalan hissəsinin dağılma təhlükəsi hələ də qalmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*