Benzema millidəki karyerasını başa vurdubackend

Benzema millidəki karyerasını başa vurdu

İspaniya “Real Madrid”inin futbolçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və bəzi səhvlərə yol verdim. Bunlarla fəxr edirəm. Mən öz tariximi yazdım. Artıq ortaq hekayəmiz başa çatır”, – təcrübəli forvard yazıb.

Qeyd edək ki, Fransa yığmasında 97 oyun keçirən Kərim Benzema 37 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*