“BMT-nin İrəvan ofisi qarşısında uzunmüddətli oturaq piketə başlayırıq”.
KONKRET.az xəbər verir ki, Qarabağ separatçısı, qondarma rejimin “dövlət nazirinin müşaviri” Artak Beqlaryan İrəvanda qeyri-müəyyən müddətə oturaq piketə başlayıb.
“Biz İrəvanda, indiki mərhələdə BMT ofisi qarşısında aşağıdakı tələblərlə qeyri-müəyyən oturaq aksiya və hərəkata başlayırıq:
BMT orqanları Azərbaycanın “soyqırım” hərəkətlərini və onun Qarabağ xalqını “blokada”ya almasını pisləməlidir.
BMT Təhlükəsizlik Şurası aydın beynəlxalq təminatlar verməklə Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsi məsələsinə baxmalıdır.
BMT Təhlükəsizlik Şurasının ən azı beş daimi üzvü (Çin, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa) və Avropa İttifaqı Azərbaycanın hərəkətlərini pisləməli və bu istiqamətdə əməli tədbirlər görməlidir”, – deyə Beqlaryan haray çəkib.
P.S. Qarabağa giriş-çıxış “bağlı” olduğu halda bu “döydümölməz” Beqlaryan necə gedib İrəvana? Bəs yol tam bağlı idi? Deməli, “sülhməramlılar” kimi istəsə, o tərəfə, kim istəsə, bu tərəfə ötürə bilir. Adını da qoyublar ki, azərbaycanlılar bağlayıb yolu.
Xuraman Etibarlı,
KONKRET.az