Beqlaryan təhqirə əl ATDI: “Azərbaycanı dəstəkləyən Leyenə ayıb olsun” – FOTObackend

Beqlaryan təhqirə əl ATDI: "Azərbaycanı dəstəkləyən Leyenə ayıb olsun" - FOTO

Beqlaryan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni təhqir edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan öz Facebook səhifəsində yazıb.

“Azərbaycan “120 min” insanı girov kimi tam “blokada”da saxladığı bir zamanda, dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan isti qaz-neft münasibətlərinə əlavə olaraq Azərbaycan elektrik enerjisinin tədarükü haqqında saziş imzalayıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen imzalanmada iştirak edib və Əliyevi orada salamlayıb.

Əliyevlə görüşən  və Azərbaycanın Qarabağa qarşı “soyqırım” siyasətini maliyyələşdirən bu liderlərə ayıb olsun”, – deyə Beqlaryan həmişəki kimi çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*