Bərdədə yanğın – bir nəfər tüstüdən zəhərləndibackend

Bərdədə yanğın - bir nəfər tüstüdən zəhərləndi

Bərdədə həyətyanı sahədə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*