Xəbər verdiyimiz kimi, Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə zəhərlənməyə səbəb dəm qazı olub.:
“23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.