Berdıməhəmmədov 500-dən çox məhkumu əfv etdibackend

Berdıməhəmmədov 500-dən çox məhkumu əfv etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Beynəlxalq Neytrallıq Günü ərəfəsində 528 məhkumu əfv edib.

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, əfv sərəncamı Türkmənistan dövlət başçısı tərəfindən dünən keçirilmiş hökumətin  iclasında imzalanıb.

Sərəncamla 528 nəfər azadlıqdan məhrumetmə kimi əsas cəza və müəyyən ərazidə yaşamaq öhdəliyindən qurtulub.

Xatırladaq ki, Türkmənistanda hər il böyük dövlət bayramlarına həsr olunmuş əfv aksiyaları tətbiq olunur. 2019-cu ildə prezident buna qədər artıq üç dəfə əfv fərmanı imzalamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*