Berdıməhəmmədovun toxunulmazlığı haqqında qanun imzalandıbackend

Berdiməhəmmədovun toxunulmazlığı haqqında qanun imzalandı

“Türkmən xalqının ümummilli lideri haqqında” Konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədova və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.

KONKRET.az “Interfax”a istinadla xəbər verir ki, ölkə prezidenti Serdar Berdiməhəmmədov türkmən xalqının ümummilli liderinin və onun ailə üzvlərinin toxunulmazlıq hüququna malik olduğu qanunu imzalayıb. Bu, onun əmlakına və ailə üzvlərinə məxsus əmlaka da şamil edilir.

Xatırladaq ki, yanvarın 21-də Türkmənistan parlamentinin – Milli Genqeşin birgə iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.

O, xalq hakimiyyətinin yaradılmış ali nümayəndəli orqanına – Xalq Maslaxatına (Xalq Şurası) rəhbərlik edirdi. Yeni qanunun 5-ci maddəsində deyilir ki, “Türkmən xalqının Ümummilli Lideri Türkmənistan Xalq Maslaxatının daimi üzvüdür”.

Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən şəraitin təmin edilməsini, hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını da nəzərdə tutur. Həmçinin, türkmən xalqının Ümummilli Liderinə xidməti, mənzil-məişət, sosial, nəqliyyat, rabitə, tibbi, sanatoriya və digər xidmətlərin göstərilməsi, maddi təminatı səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir.

Ümummilli Liderin qanuni fəaliyyətinə mane olmaq, onu alçaltmaq, şərəf və ləyaqətinə zidd hərəkətlər etmək məsuliyyətə səbəb olur.

Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

O, Ümummilli Lider kimi Türkmənistan xalqına dövlət quruluşu, ölkənin daxili və xarici siyasəti və təhlükəsizliyinin mühüm məsələləri, sosial-iqtisadi inkişaf proqramları ilə bağlı müraciət etmək, baxılması məcburi olan təşəbbüslə çıxış etmək hüququna malikdir.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*