Dövrünün qalmaqallı kəşfiyyatçısı Afanasi Şoroxov adı ilə 1907-ci il fevralın 15-də Tobolsk vilayətində anadan olmuşdu. Şoroxov 1929-cu ildə ad və familiyasını dəyişərək Vladimir Proletarski qoymuşdu. Xüsusi xidmət orqanlarında çalışdığı üçün uzun müddət cəmiyyətdən özünü təcrid etmişdi. Baltik Donanmasında kriptoqraf kimi xidmət etməyə başlayan “KQB”-çi artıq ilk xarici tapşırıqlarını xarici kəşfiyyat şöbəsində almağa başlamışdı.
“Bu müddət ərzində mən bir neçə xarici dil öyrəndim, istənilən növ şifrələmə texnologiyası ilə, hətta əcnəbilərlə işləmək bacarığına sahibləndim. 31 yaşında Çinə göndərildim və şifrələmə şöbəsinə rəhbərlik etdim. Oradakı fəaliyyətimə görə “Qırmızı Ulduz” ordeni aldım”, – deyə Proletarski sonralar xatrılayırdı.
1942-ci ildə Proletarski həyat yoldaşı ilə birlikdə İsveçə göndərilir. O, həm də kriptoqraf idi. Sifariş Beriyanın şəxsən rəhbərlik etdiyi şöbədən gəlmişdi. O vaxta qədər Vladimir yenidən soyadını dəyişib Petrov olmuşdu.
O, komitəyə məlumat ötürərək nasistləri izləyirdi. Petrov cütlüyü 8 ildən sonra Moskvaya qayıtdı. Onları birbaşa hava limanından Lavrentiy Beriya ilə görüşə apardılar. Beriya görüşdə növbəti tapşırığını vermişdi. Çütlük növbəti ezamiyyətini Avstraliyaya edəcəkdi. Bu isə onun SSRİ rəhbəliyi tərəfindən son ezamiyyət tapşırığı sayılacaqdı.
Avstraliya
Vladimir SSRİ səfirliyində xidmət etməyə başladı. O, əvvəlki kimi, Sovet İttifaqına məlumatlar göndərirdi. O, həmçinin yeni agentləri işə götürürdü. Məhz üç ildən sonra vəziyyət dəyişdi. Beriyanın həbs olunması xəbəri onda şok effekti yaratdı. Moskvadan gələn xəbərlər isə yeni dönəmon başlanmasından xəbər verirdi. Xruşşov Lavrenti Pavloviçin rəhbərlik etdiyi bütün təşkilatların yoxlanılmasını əmr etmişdi. Necə deyərlər, xüsusi xidmət orqanlarında aləm dəymişdi bir-birinə.
Petrov özündən arxayın idi. Çünki həmişə nümunəvi işçi olmuşdu, ona görə də heç bir narahatlıq keçirmirdi. İşlədiyi bütün illərdə bir dəfə də olsun töhmət almayan kəşfiyyatçı öz işini həmişə qüsursuz yerinə yetirirdi və heç vaxt xəstəlik məzuniyyəti götürmürdü. Ona görə də yenidən qurulan DTK-da yer alacağına əmin idi.
Lakin proseslər başqa məcraya yönəldi. Prosesin xoşəgəlməz hal aldığını görən Petrov Avstraliya kəşfiyyat xidmətləri və hətta Britaniyanın Mi-6 ilə əməkdaşlıq etmək qərarına gəldi. Petrov Avstraliya, Yeni Zelandiya və Okeaniyanın digər ölkələrində məskunlaşan sovet agentləri haqqında məlumatları özündə əks etdirən yüzlərlə məxfi sənədləri öz seyflərində saxlayırdı. O, həmçinin təhlükəsiz evlərin ünvanlarına və müharibə başlayarsa, SSRİ-nin Avstraliyanı işğal etmək planlarına sahib idi.
Nəhayət, Petrov qalaq-qalaq sənədləri özü ilə götürərək Avstraliya təhlükəsizlik xidmətləri ilə görüşdü. Onda hətta İsveç və Çindəki işlərinin sənədlərini də var idi.
Britaniya dərhal agent Petrovla maraqlandı. SSRİ-nin ən peşəkar agenti onlara siyahı təqdim edəndə 2 ölkənin xüsusi agentləri şoka düşmüşdü. Axı onların arasında səfirlik işçiləri və hətta Avropadakı monarxların ailə üzvləri də var idi.
1954-cü ilin aprelində Petrov rəsmi olaraq diplomatik nümayəndəliyin əməkdaşı oldu. O, dərhal nağd pul, isti vannası olan gözəl bir otel otağı tələb etdi, sanki əvvəllər bu üstünlüklərdən heç vaxt istifadə etməmişdi. Həmin vaxt onun həyat yoldaşı Evdokia həbs edildi. DTK üzvləri onu Avstraliyadan çıxarmağa cəhd edirdilər.
Lakin təyyarə Yeni Zelandiyada yanacaq doldurmaq üçün dayananda yerli polis qadını xüsusi agentlərin əlindən alaraq Avstraliyaya qaytardı. Sonradan məlum oldu ki, arvadı da bütün məxfi sənədlərə çıxışı varmış. Beləliklə, onun ərindən də dəyərli olduğu ortaya çıxdı.
2 il sonra cütlüyə Avstraliya vətəndaşlığı verildi. 15 il birlikdə yaşasalar da, lakin sonradan ayrılan Vladimir içki düşkünü oldu. Ömrünün qalan hissəsini, yəni 17 ilini Qocalar evində yaşadı və 1991-ci ildə dünyasını dəyişdi.
Keçmiş həyat yoldaşı isə ondan 11 il çox yaşadı. Ər-arvad heç vaxt Avstraliyadan kənara səyahət etməyiblər, çünki bunu etmək onlara qadağan edilmişdi. Bəli, tale elə gətirdi ki, ayrılsalar belə, hər ikisi də bütün həyatlarını bir şəhərdə keçirməli oldu.
Hazırladı: Natiq Səlim,
KONKRET.az