Berluskoni xüsusi təyyarə ilə xəstəxanaya çatdırıldıbackend

Berluskoni xüsusi təyyarə ilə xəstəxanaya çatdırıldı

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 84 yaşlı siyasətçi “San Raffaele” xəstəxanasına müayinəyə gətirilib. Onu müayinə edən həkimlər S.Berluskoninin tibb müəssisəsində qalmağını zəruri biliblər.

Eks-baş nazir sözügedən xəstəxanaya helikopterlə gətirilib.

Xatırladaq ki, 84 yaşlı siyasətçi bir neçə il əvvəl ağır ürək əməliyyatı keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*