Beş ölkə İranı məsuliyyətə cəlb edir – BƏYANATbackend

Beş ölkə İranı məsuliyyətə cəlb edir - BƏYANAT

Ukrayna, Əfqanıstan, Britaniya, Kanada və İsveç Tehranda Ukrayna Hava Yollarına məxsus “Boinq 737-800” təyyarəsinin vurulmasının ildönümü ilə bağlı birgə bəyanat yayıblar.

KONKRET.az xəbər verir ki, bu ölkələr İranın məsuliyyətə cəlb ediləcəyini vəd ediblər.

“Biz İrandan tələb edirik ki, bu dəhşətli aviafəlakətə gətirib çıxaran hadisə ilə bağlı tam və hərtərəfli izahat versin. Bizim ölkələr İranı ədalətin bərpa olunması və İranın tam həcmdə kompensasiya ödəməsini təmin etmək üçün məsuliyyətə cəlb edəcək”.

Qeyd edək ki, Ukrayna Hava Yollarının təyyarəsi İran ordusu tərəfindən keçən ilə vurularaq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*