Bəşər Əsəd: “Biz Ermənistanı dəstəkləyirik”backend

Bəşər Əsəd: “Biz Ermənistanı dəstəkləyirik”

“Biz problemlərin aradan qaldırılmasında Ermənistanı dəstəkləyirik”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Ermənistan Milli Assambleyasının vitse-spikeri Hakob Arşakyanla görüşündə deyib.

O daha sonra vurğulayıb: “Suriya erməniləri öz dövlətinin, cəmiyyətinin və dəyərlər sisteminin bir hissəsi hesab edir”.

Bəşər Əsəd iki ölkə arasında hər zaman yüksək səviyyədə olan əməkdaşlığın inkişafında əsas rol oynayan parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Səmimi və mehribanlıq şəraitində keçən görüşün sonunda həmsöhbətlər erməni və Suriya xalqlarına sülh və firavanlıq arzulayıblar.

İclasda deputatlar Rustam Bakoyan, Şirak Torosyan və Aren Mkrtçyan iştirak ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Nadir Həsənov
    Noyabr 16, 2023 - 08:36

    Ərəb əsrlərdən bəri heç vaxt Azərbaycana tərəf olmayıb. İslam dinin yayamaq adıyla istila etdikləri yerlərdə qarətçilik, vəhşilik və pozğunluqla məşqul olublar. O na görə erməniləri dəstəkləyirlər

    • Aqil
      Noyabr 18, 2023 - 09:29

      Suriyafa erməni nüfusu var. Ermənilər Əsəd hakimiyyətini dəstəkləyib. Əsəd də ona görə onlara dəstək verir. Bunu bütün ərəb ölkələrinə şamil etmək doğru olmaz. Səudiyyə Ərəbisyanı, Azərbaycana görə ermənistanın müstəqilliyini tanimayan ölkələrdən biri olub.

  • Arif
    Noyabr 18, 2023 - 07:12

    Sən ermənidən pis gundəsən, ölkən xarabalığa çevrilib. Heç olmasa islam xatirinə sərəfsizliyini bildirmə.

  • Eyyub
    Noyabr 18, 2023 - 11:14

    Bu xəbərlərin düzgünlüyü yoxdur indi bilinmir kim hara,kimə işləyir..islam konfransı ,islam dövlətləri şurası həmişə az- nı dəstəkləyib və qarabağı az- nın hesab edib rəsmi olan budur suriyada,fələstində də qədimdən murdar ermənilər yaşayır və onların orda öz kücələri də var..hər hansı dövlətdə yaşayan erməni təşkilatlarının bəyanat verməyi həmən dövlətin bəyanatı hesab olunmur. Sadəcə dünyada müsəlmanların arasında nifrət olmasını istəyən böyük qüvvələr var.

  • Cavanşır
    Noyabr 18, 2023 - 18:17

    Alçaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*